
Ukraynanın “Enerqoatom” dövlət konserninin sabiq müvəqqəti icraçı birinci vitse-prezidenti tutulub. O, Rusiya ilə əlaqədə şübhəli bilinir.
APA xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Baş prokuror Ruslan Kravçenkoya istinad edərək məlumat yayıb.
Rəsmi olaraq həbs olunan sabiq yüksək rütbəli məmurun adı açıqlanmasa da, mənbələr söhbətin Ukrayna energetika nazirinin sabiq birinci müavini Yuri Şeykodan getdiyini bildirir.
Baş prokurorun sözlərinə əsasən, məmur vətəndaşların nüvə zərərlərinə görə məcburi sığorta müqaviləsinin bağlanmasında manipulyasiyalarda iştirak edib. Bu sənədlər dövlətin milli təhlükəsizliyi və nüvə sahəsi ilə birbaşa bağlıdır.

