“Fitch” Azərbaycanın bank sektoru üzrə proqnozunu “neytral” qiymətləndirib

Baş səhifə

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektoru üzrə 2026-cı il proqnozunu neytral qiymətləndirib.

APA-Economics” bu barədə reytinq agentliyinə istinadən xəbər verir.

Məlumata görə, iqtisadi artımın bir qədər zəifləməsi və kreditləşmənin tempinin yavaşlamasına baxmayaraq, bank sektorunun ümumi maliyyə göstəricilərinin sabit qalacağı gözlənilir. Artımın əsasən qeyri-neft sektorundan qaynaqlanacağı, bankların mənfəətliliyinin isə hələ də kifayət qədər yüksək olaraq qalacağı vurğulanır. Bu mənfəətlilik kredit risklərində ola biləcək dalğalanmalara qarşı sektora əlavə dayanıqlıq verir.

2021–2024-cü illərdə orta hesabla 18% artan kredit portfeli 2026-cı ildə birrəqəmli yüksək templə genişlənəcək. Yavaşlamanın əsas səbəbləri kimi pərakəndə kreditləşmədə imkanların məhdudlaşması, əhalinin borclanmasının artması və bu sahədə tənzimləmələrin sərtləşdirilməsi göstərilir.

Hesabatda bildirilir ki, problemli kreditlərin (Stage 3) payı 2026-cı ildə təxminən 4,5%-ə yüksələ bilər. Bu artım istehlak kreditlərində genişlənmə və portfelin “yetkinləşməsi” ilə əlaqələndirilir. Bununla belə, bankların sağlam mənfəətliliyi və zərərləri qarşılamaq qabiliyyəti aktiv keyfiyyətindəki mümkün pisləşməni idarəolunan səviyyədə saxlayacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir