Qarabağ və Şərqi Zəngəzurda göstərilən rabitə xidmətlərinin dəyəri 5 milyon manatı ötüb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarında göstərilən informasiya və rabitə
xidmətlərinin ümumi dəyəri 5,5 milyon manat təşkil edib.

Trend Dövlət
Statistika Komitəsinin məlumatına istinadla xəbər verir ki, bu
göstərici, ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 faiz azdır.

Cari ilin ilk doqquz ayı ərzində Qarabağ iqtisadi rayonu üzrə
informasiya və rabitə sahəsində 5,287 milyon manat dəyərində xidmət
göstərilib. Bu isə illik müqayisədə 15,4 faiz azalma deməkdir.




Dövr ərzində Şərqi Zəngəzur iqtisadi rayonu üzrə informasiya və
rabitə xidmətlərinin dəyəri illik müqayisədə 34,2 faiz artaraq
222,7 min manat olub.

Qeyd edək ki, hesabat dövründə ümumilikdə ölkə üzrə informasiya
və rabitə xidmətlərinin ümumi dəyəri 2,746 milyard manat təşkil
edib ki, bu da ötən ilin ilk 9 ayındakı göstərici ilə
müqayisədə6,9% çoxdur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir