“Fitch”: Azərbaycanda depozitlərin dollarlaşması yüksək səviyyədə qalacaq

Baş səhifə

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektorunda depozitlərin dollarlaşmasının yaxın illərdə yüksək səviyyədə qalacağını proqnozlaşdırır.

APA-Economics” bu barədə agentliyə istinadən xəbər verir.

Reytinq agentliyi bildirir ki, 2025-ci ilin üçüncü rübünün sonunda depozitlərin 44%-i xarici valyutada olub: “Əlavə makro-prudensial tədbirlər görülmədiyi halda, depozitlərin manatlaşması prosesi çox yavaş templə davam edəcək”.

Hesabata görə, bankların xarici valyutada verdiyi kreditlərin payı azalmaqda davam edəcək və 2026-cı ilin sonuna doğru ümumi kredit portfelinin təxminən 12%-nə enəcək (2024-cü ilin sonu: 16%). “Fitch” bunu manatın ABŞ dollarına bağlı stabil məzənnəsi və xarici valyutada kreditləşməyə qoyulan ciddi məhdudiyyətlərlə izah edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir