
Bu ilin yanvar-sentyabr aylarında “Bakı Metropoliteni” QSC sərnişin daşımalarından 78 milyon 871 min manat gəlir əldə edib.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,8 % çoxdur.
Hesabat dövründə Bakı metrosunun xidmətlərindən 162 milyon 575,8 min nəfər (-2,4 %) istifadə edib.
“Bakı Metropoliteni” 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 27 stansiyadan ibarətdir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

