İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi ilə Ev Sahibi Ölkə Sazişi imzalanıb

Baş səhifə

Bakı. Trend:

“Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq
Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi”
imzalanıb.

Trend
Energetika Nazirliyinə istinadən xəbər verir ki, sazişi Azərbaycan
Höküməti adından energetika naziri Pərviz Şahbazov və İqtisadi
Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzinin (TEM-CECECO)
icraçı direktoru Aysel Yaqubova imzalayıblar.

Saziş Mərkəzin öz funksiyalarını və vəzifələrini səmərəli
şəkildə həyata keçirməsini, o cümlədən Nizamnaməyə uyğun olaraq
TEM-in hüquqi statusunu, imtiyazlarını müəyyən edir, həmçinin TEM
və Ev Sahibi Ölkə arasında münasibətləri tənzimləyir.




TEM milli və regional səviyyədə dayanıqlı enerji, enerji keçidi
və enerji səmərəliliyi layihələrinin təşviqi və əlaqələndirilməsi
üçün mühüm platforma rolunu oynayır. Qurumun fəaliyyəti
Azərbaycanda icra olunan milli və regional yaşıl enerji layihələri
üçün əlavə imkanlar yaratmaqla yanaşı, ölkəmizin regional enerji
proseslərində, o cümlədən Mərkəzi Asiya ilə enerji bağlantılarının
qurulması istiqamətində rolunun daha da möhkəmlənməsinə xidmət
edəcəkdir.

Təmiz Enerji Mərkəzinin Bakıda yerləşməsi Azərbaycanın İƏT
formatında təmiz və yaşıl enerjiyə keçid səylərinə sadiqliyinin,
həmçinin bu sahədə regional əməkdaşlığa verdiyi töhfənin bariz
göstəricisidir.

Xatırladaq ki, 2021-ci ilin 27 noyabr tarixində Aşqabad
şəhərində keçirilmiş İƏT-in Xarici İşlər Nazirləri Şurasının 25-ci
iclasında İƏT Təmiz Enerji Mərkəzinin Nizamnaməsi qəbul olunmuş və
Azərbaycan TEM-ə ev sahibliyi edəcək ölkə seçilmişdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir