Nəriman Həsənzadənin vəziyyəti ağır-stabildir – YENİLƏNİB

Baş səhifə

Xəstə Nəriman Həsənzadənin Reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi davam edir.

Bu barədə APA-nın sorğusuna cavab olara Mərkəzi Klinik Xəstəxanadan bildirilib.

Qeyd edilib ki, xəstə xronik böyrək çatışmazlığı kəskinləşməsi diaqnozu ilə hemodializ proseduru icra edilir.

“Onun vəziyyəti ağır-stabil olaraq qiymətləndirilir”, – məlumatda vurğulanıb.

***

10:48

Xalq şairi Nəriman Həsənzadə müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində dializə qoşulub.

Bu barədə APA-ya şairin köməkçisi Arif Mehmandost məlumat verib.

“Reanimasiya şöbəsində dializ olunur. Huşu yerindədir”, – deyə köməkçisi bildirib.

Qeyd edək ki, Nəriman Həsənzadə böyrəklərində yaranan problemlərlə əlaqədar bir müddət əvvəl xəstəxanaya yerləşdirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir