
Bakı. Trend:
Avropa İttifaqı Ermənistana 50 milyon avro vəsait ayıracaq.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Aİ-nin diplomatik xidmətinin
rəhbəri Kaya Kallas Aİ–Ermənistan Əməkdaşlıq Şurasının iclası
çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
“Aİ Ermənistan üçün 50 milyon avro ayırdığını məmnuniyyətlə elan
edir. Vəsait xüsusilə minatəmizləmə səylərinə və regionda etimad
quruculuğu tədbirlərinin həyata keçirilməsinə yönəldiləcək.
Maliyyəmiz, həmçinin xarici müdaxilənin aşkar edilməsi və ona qarşı
mübarizəyə sərf olunacaq,” – deyə Kallas bildirib.
O, çıxışı zamanı bəzi “Rusiya strukturlarını” Ermənistandakı
vəziyyətə təsir göstərməkdə ittiham edib.

