
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib.
“APA-Economics” bu barədə reytinq agentliyinə istinadən xəbər verir.
Məlumata görə, agentlik 2025-ci il üzrə ölkədə real ÜDM-in artım proqnozunu 2,3%, 2026-cı il üzrə isə 2,5% müəyyən edib. Başqa sözlə, “Fitch” 2025-ci il üzrə iqtisadi artım proqnozunu 1,2% bəndi azaldıb, gələn il üzrə isə dəyişməz saxlayıb.
Qeyd edək ki, “Fitch Group”a daxil olan “Fitch Solutions” (FS) şirkəti isə bir neçə gün əvvəl Azərbaycanla bağlı iqtisadi artım proqnozunu bu il üzrə yenidən 2,6%, 2026-cı il üzrə isə 2,4% müəyyən etdiyini açıqlayıb.

