
Bakı.Trend:
Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə
qarşı mübarizə davam etdirilir. Nəsimi Rayon Polis İdarəsi
əməkdaşlarının keçirdikləri sonuncu əməliyyat zamanı əvvəllər də
narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 38 yaşlı Elvin
Əliyev saxlanılıb.
Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, saxlanılan şəxsdən qanunsuz olaraq əldə etdiyi 13
kq 700 qr narkotik vasitə olan marixuana aşkar edilərək
götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotik vasitələri sosial şəbəkədə
tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı
vasitəsilə əldə etdiyini və hissələrə ayıraraq paytaxt ərazisində
müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.
Faktla bağlı başlanan cinayət işi üzrə istintaq araşdırmaları
davam etdirilir. E.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs
qətimkan tədbiri seçilib.
Qeyd edək ki, cari ilin əvvəlindən Nəsimi RPİ-nin əməkdaşları
tərəfindən 161 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz
dövriyyədən çıxarılıb.

