
Bakı. Trend:
Brüsseldə Avropa İttifaqının xarici siyasət üzrə keçmiş ali
nümayəndəsi, italiyalı siyasətçi Frederika Moqerini saxlanılıb
Trend bu haqda
xarici KİV-ə istinadən xəbər verir.
Hazırda Avropa Kollecinin rektoru olan Moqerininin Avropa
Kolleci və Aİ-nin Xarici Fəaliyyət Xidməti ilə bağlı dələduzluq
istintaqı çərçivəsində saxlanıldığı bildirilir.
Məlumata görə, bu gün Brüsseldə Avropa İttifaqının diplomatik
xidmətində, həmçinin Brüggedə yerləşən Avropa Kollecinin bir neçə
binasında axtarışlar aparılıb.
Ümumilikdə üç nəfər, o cümlədən Mogerini saxlanılıb.
Həmin şəxslər gələcək diplom Aİ-nin diplomatik xidməti
tərəfindən Avropa Kollecinə (Avroap İttifaqının Diplomatik
Akademiyasına ) doqquz aylıq tədris proqramına qəbul prosesində
qərəzli, ədalətsiz yanaşmada və rəqabət qaydalarını pozmaqda
şübhəli bilinirlər.
Mübahisələndirilən faktlar 2021–2022-ci illəri əhatə edir.

