Cəlilabadda ovçuluq təsərrüfatında yanğın söndürülüb – VİDEO – YENİLƏNİB

Baş səhifə

Cəlilabad rayonunda bataqlıq ərazisində yerləşən ovçuluq təsərrüfatında baş verən yanğın söndürülüb.

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, yanğın nəticəsində 5 hektar sahədə quru ot və qamışlıq sahə yanıb.

Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.

***

13.30

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, yanğın rayonda bataqlıq ərazisində yerləşən ovçuluq təsərrüfatında, quru ot və qamışlıq sahəsində qeydə alınıb.

Hadisə yerinə Cəlilabad Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Hazırda yanğının ətraf ərazilərə yayılmaması və lokallaşdırılması istiqamətində operativ tədbirlər görülür.

Yanğının səbəbləri araşdırılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir