
Bakı.Trend:
Xudat şəhərində yerləşən Heydər Əliyev adına istirahət parkında
əsaslı təmir işləri yekunlaşmaq üzrədir. Həyata keçirilən abadlıq
və təmir işləri tamamlandıqdan sonra istirahət parkı sakinlərin
istifadəsinə veriləcək.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev istirahət
parkında görülən işlərlə tanış olub.
İcra başçısı həmçinin Xudat-Yalama yolunun üzərində yağış sularının
axıdılması üçün yeni qurulan drenaj kanallarına baxış keçirib.
Xudat şəhərində və ətraf ərazilərdə həyata keçirilən geniş miqyaslı
abadlıq və quruculuq işləri sakinlər tərəfindən razılıqla
qarşılanır.

