Şəki İpək Kombinatında 100% təbii ipək istehsal olunur –

Baş səhifə

Şəki regionunun sənaye ənənəsinin əsas simvollarından biri olan Şəki İpək Kombinatı bu gün də fəaliyyətini aktiv şəkildə davam etdirir. 1931-ci ildən etibarən işləyən müəssisədə hazırda 325 nəfər əməkdaş çalışır.

Metbuat.az-ın məlumatına görə, bu barədə “Azəripək” ASC-nin İdarə Heyətinin sədri Anar Dadaşov Şəkinin qış turizm potensialı ilə tanışlıq üçün təşkil olunan media-tur zamanı məlumat verib.

Onun sözlərinə görə, kombinatda 100% təbii ipək istehsal olunur və məhsul çeşidi kifayət qədər genişdir:

“Burada xam ipək və parça ilə yanaşı atlas və kəlağayı da hazırlanır. Baramaaçma sexində 120 nəfər işləyir və onların əksəriyyətini qadınlar təşkil edir”.

O əlavə edib ki, kombinatın tərkibində fəaliyyət göstərən satış mağazasında hazır məhsullar təqdim olunur. Gələcəkdə isə müəssisədə genişmiqyaslı avadanlıq yenilənməsi planlaşdırılır.

Qeyd edək ki, Prezident İlham Əliyevin ipəkçiliyin inkişafına göstərdiyi dəstək nəticəsində son illər baramaçılıq sahəsində canlanma müşahidə olunur. “Azəripək” ASC-də hazırda 6 istehsal sahəsi – baramaaçma, burucu, toxucu, boyaq-bəzək, çeşidləmə və xalça sexləri fəaliyyət göstərir. 2002-ci ildə isə əlavə olaraq kəlağayı istehsalı sexi yaradılıb.

Gülbəniz Hüseynli / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir