
Bakı. Trend:
Fransa millisinin və “Kristal Pelas”ın forvardı Jan-Filipp
Mateta İtaliyaya yollanmağa yaxındır.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “İnter” və “Milan” hücumçunu
istəyir.
Milan təmsilçiləri fransız üçün mübarizə aparır. Onun “Kristal
Pelas”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Mateta bu mövsüm bütün turnirlərdə 22 matçda 9 qol vurub və 2
asist edib.
Qeyd edək ki, Mateta Fransa millisinin heyətində DÇ-2026-nın
seçmə mərhələsinin Bakıda Azərbaycana qarşı (1:3) keçirilmiş
görüşündə komandasının qollarından birini vurub.

