Mirzoyan: Türkiyə ilə sərhədin açılması regionun arxitekturasını əhəmiyyətli şəkildə dəyişə bilər

Baş səhifə

8 avqustda Vaşinqtonda imzalanan razılaşmalar misilsiz imkanlar yaradıb.

APA “news.am”a istinadən xəbər verir ki, bunu bu gün Brüsseldə keçirilən Ermənistan-Aİ əməkdaşlıq Şurasının 6-cı iclasının yekunlarına həsr olunmuş brifinqdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

O, avropalı həmkarları ilə TRIPP layihəsinin həyata keçirilməsi istiqamətində aparılan işləri müzakirə etdiyini qeyd edib.

Nazirin sözlərinə görə, əlavə addımlar, o cümlədən Ermənistan ilə Türkiyə arasındakı sərhədin açılması və iri infrastruktur proqramlarının həyata keçirilməsi bütün regionun siyasi və iqtisadi arxitekturasını əhəmiyyətli dərəcədə dəyişə bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir