Rusiya ordusu Ukraynanın qaz infrastrukturuna dağıdıcı zərbə endirib

Baş səhifə

Rusiya ordusu dünən və bu gün pilotsuz uçuş aparatları ilə Ukraynanın qaz infrastrukturuna kütləvi hücum edib.

APA xəbər verir ki, bu barədə “Unian” Ukraynanın Energetika Nazirliyinə istinadən məlumat yayıb.

Nazirlikdən bildirilib ki, Rusiya dronları qazın hasilatı və saxlanması ilə məşğul olan obyektlərə zərbə endirib. Hücum zamanı xəsarət alanlar olmasa da, obyektlərdə ciddi dağıntılar var.

“Xilasetmə və operativ xidmətlər hücumun nəticələrinin aradan qaldırılması üzərində çalışır”, – məlumatda qeyd olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir