Trampın adamları Putinlə görüşdülər – VİDEO

Baş səhifə

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cerad Kuşnerlə görüşü başlayıb.

Modern.az xəbər verir ki, görüş Kremldə keçirilir.

Görüşdə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov və prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyev iştirak edir.

***

ABŞ prezidentinin nümayəndəsi Stiven Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşner Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Kremlə gedib.

Modern.az bu barədə TASS-a istinadən xəbər verir.

Danışıqlardan əvvəl ABŞ prezidentinin elçisi Stiven Uitkoff və Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Moskvada Mişlin ulduzlu restoranda nahar ediblər.

Danışıqlarda Ukrayna ilə bağlı “sülh planı” müzakirə olunacaq. Donald Trampın xüsusi nümayəndəsinin Rusiya tərəfinə planın yeni variantını təqdim edəcəyi gözlənilir. 

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir