Zelenski: Ukrayna hazırda sülhə hər zamankından daha yaxındır

Baş səhifə

Ukrayna prezidenti Volodimir Zelenski bu gün Dublində rəsmi səfərdə olub və İrlandiya parlamentinin iclasında çıxış edib.

APA xəbər verir ki, bu, Zelenskinin İrlandiyaya ilk rəsmi səfəridir.

Zelenski İrlandiya parlamentində çıxışı zamanı bildirib ki, Ukrayna hazırda sülhə hər zamankından daha yaxındır və dövlət başçısı hazırda diplomatik imkanların real pəncərəsinin yarandığını vurğulayıb.

“Bu müharibəyə son qoymaq üçün real şans var. Amma sülh ədalətli və davamlı olmalıdır”, – Zelenski bildirib.

O, İrlandiyanın humanitar yardımını və siyasi dəstəyini də yüksək qiymətləndirib, həmçinin qeyd edib ki, İrlandiyanın NATO üzvü olmamasına baxmayaraq, ölkə müharibə müddətində Ukrayna üçün neytral olmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir