Almaniya federal polisi yeni müdafiə bölməsi yaradıb

Baş səhifə

Bakı. Trend:

Almaniyanın Federal Daxili İşlər Nazirliyi dron təhdidlərinə
qarşı mübarizəni gücləndirmək məqsədilə federal polisin xüsusi
dronlara qarşı müdafiə bölməsini istifadəyə verib.

Trend xəbər verir
ki, xüsusi hazırlıq keçmiş əməkdaşlardan ibarət və ən müasir
texnologiyalarla təchiz olunan bölmə dronların aşkarlanması,
zərərsizləşdirilməsi və tutulması üzrə operativ tədbirlər həyata
keçirəcək.

Yeni struktur hibrid təhlükələrə qarşı federal səviyyədə böhran
idarəçiliyini gücləndirməklə yanaşı, dəmir yolu, hava və dəniz
nəqliyyatının təhlükəsizliyinə mühüm töhfə verəcək. Bölmənin şəxsi
heyətinin sayının yaxın zamanda bir neçə yüzə çatdırılması
planlaşdırılır.




Mərasimdə çıxış edən Almaniyanın daxili işlər naziri Aleksander
Dobrindt bildirib ki, federal polisin yeni bölməsi ölkənin hibrid
təhdidlərə sürətli və yüksək texnoloji cavab vermə qabiliyyətini
nümayiş etdirir. Nazir vurğulayıb: “Dron təhdidlərinə qarşı aydın
prinsipimiz var: aşkarlamaq, qarşısını almaq, tutmaq!”

Nazirliyin məlumatına görə, 2025-ci ilin ilk aylarından federal
polisin səlahiyyət zonasında yüzlərlə dron hadisəsi qeydə alınıb və
onların böyük hissəsi iri hava limanlarında baş verib. Bu səbəbdən
hava limanları ilə yanaşı, ölkə üzrə dron aşkarlama sistemlərinin
genişləndirilməsi prioritet elan edilib.

Yaxın günlərdə dronlara qarşı mübarizədə federal və əyalət
qurumlarını birləşdirəcək Birgə Dronlara Qarşı Müdafiə Mərkəzinin,
eləcə də bu sahədə elmi-tədqiqat aparacaq xüsusi mərkəzin
yaradılması nəzərdə tutulur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir