BƏƏ ilə Azərbaycan arasında ümumi ticarət həcmi təxminən 2 milyard 200 milyon ABŞ dolları təşkil edib – Səfir

Baş səhifə

Bakı. Trend:

“Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan Respublikası arasında
ikitərəfli münasibətlər 1992-ci ildə qurulduğu gündən bəri
əhəmiyyətli inkişaf mərhələsi keçib. Bu, iki dost ölkənin
rəhbərləri arasında mövcud olan yüksək səviyyəli münasibətlərin
nəticəsidir. Hər iki ölkə arasında çoxsaylı yüksək səviyyəli
qarşılıqlı səfərlər həyata keçirilib. Xüsusilə, ölkəmizin
Prezidenti, Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın
sentyabrın 16-da Azərbaycana etdiyi rəsmi səfər xüsusi əhəmiyyət
kəsb edir. Həmin vaxt müxtəlif sahələr üzrə 14 saziş və Anlaşma
Memorandumu imzalanıb ki, bunların ən önəmlisi Birləşmiş Ərəb
Əmirlikləri ilə Azərbaycan Respublikası arasında Hərtərəfli
Strateji Tərəfdaşlıq üzrə əməkdaşlıq haqqında Sazişdir. Bu saziş
çərçivəsində ilk iclas noyabrın 27-də Əbu-Dabidə keçirilib. Sənəd
BƏƏ-Azərbaycan əlaqələrində mühüm bir mərhələ hesab olunur və hər
iki ölkənin gələcək inkişaf tələblərinə cavab verən, bilik və
innovasiyaya əsaslanan çevik bir iqtisadiyyat qurmaq istiqamətində
ortaq arzularını əks etdirir.

Trend xəbər verir
ki, bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri
Məhəmməd Əl Bluşi deyib. O bildirib ki, Prezident İlham Əliyevin
iyul ayında Əbu-Dabiyə rəsmi səfəri iki dost ölkə arasında birgə
yeni əməkdaşlıq sahələri açıb. “Təxminən 68 saziş və anlaşma
memorandumunun imzalanması, iri investorlara enerji, davamlılıq və
süni intellekt kimi müxtəlif vacib sahələrdə investisiyaların
mübadiləsi üçün imkanlar açıb. 2024-cü ildə iki ölkə arasındakı
ümumi ticarət həcmi təxminən 2 milyard 200 milyon ABŞ dolları
təşkil edib. BƏƏ-Azərbaycan münasibətləri qarşılıqlı hörmətə və
ümumi maraqların əldə edilməsinə əsaslanan möhkəm dostluğu əks
etdirir. İki ölkə arasında hava nəqliyyatına gəlincə, BƏƏ-nin milli
aviadaşıyıcıları üçün həftəlik birbaşa uçuşların ümumi sayı
təxminən 28 reysə, Azərbaycan aviaşirkətləri üçün isə həftədə 14
reysə çatıb”, – deyə səfir əlavə edib.

Diplomat vurğulayıb ki, bütün bunlar BƏƏ ilə Azərbaycan
Respublikası arasında əlaqələrinin daha parlaq gələcəyini əks
etdirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir