
Almaniyada təhlükəsizlik qalmaqalı baş verib.
Metbuat.az xəbər verir ki, Saksoniya-Anhalt əyalətinin Burq şəhəri yaxınlığında yük maşınından orduya məxsus təxminən 20000 mərmi oğurlanıb. Almaniya Müdafiə Nazirliyi də orduya məxsus mərmilərin oğurlandığını açıqlayıb. Məlumata görə, mərmilər hərbi hissəyə daşınırmış. Məlumata görə, yoxa mərmilər arasında 10000 tapança və 9900 hücum tüfəngi təlim mərmisi olub. Nazirliyin məlumatına görə, sursatın daşınmasından məsul olan logistika şirkəti təhlükəsizlik qaydalarını pozub.
Qaydalara əsasən, şirkət orduya məxsus yükün daimi nəzarətini təmin etməkdən məsul idi. Polis və hərbi rəsmilər hadisə ilə bağlı araşdırma aparırlar.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

