
Bakı. Trend:
Bitkoinin qiyməti ticarət zamanı yenidən yüksələrək 91 min
dollardan yuxarı qalxıb.
Trend xəbər verir
ki, Binance platformasının məlumatlarına əsasən, Bakı vaxtı ilə
saat 21:30-da bitkoin 8,04% bahalaşaraq 91 744 dollara çatıb. Daha
sonra artım bir qədər zəifləyib və qiymət 91 511 dollara (7,41%
artım) enib.
Bazar kapitallaşmasına görə ikinci ən böyük kriptovalyuta olan
Ethereum-un (ETH) qiyməti də əhəmiyyətli artım göstərib. ETH 9,59%
bahalaşaraq 3 017 dollar səviyyəsinə yüksəlib.

