
Venesuela Prezidenti Nikolas Maduro ABŞ-yə sülh təklif edib.
Metbuat.az xəbər verir ki, o, paytaxt Karakasda keçirilən Bolivar İcma komandirlərinin andiçmə mərasimində çıxış edib. Maduro rəqs edərək, ABŞ-ni sülhə çağırıb. Minlərlə tərəfdarının qarşısında musiqi sədaları altında rəqs edən Maduro, “Müharibə? Müharibə olmasın xahiş edirəm, sülh xahiş edirəm” – deyə şüar səsləndirib.
Maduronun sözlərinə görə, venesuelalılar partiya və ya ideologiya mənsubiyyətindən asılı olmayaraq, vahid səslə birləşiblər və xalqın 94 faizi imperialist hərbi təhdidi rədd edir. O, xalqın vətənini müdafiə etmək üçün hər hansı hücuma qarşı hazır olduğunu bəyan edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

