
Bakı. Trend:
2 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov ilə Qambiyanın xarici işlər,
beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Serinq
Modou Njie arasında telefon danışığı aparılıb.
Trend xəbər verir
ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı, Azərbaycan və Qambiya arasında
ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri ətrafında fikir
mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov həmkarını xarici işlər naziri vəzifəsinə
təyin edilməsi münasibətilə təbriklərini çatdırıb, ona
fəaliyyətində uğurlar arzulayıb.
Tərəflər Azərbaycan və Qambiya arasında beynəlxalq təşkilatlar,
xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Qoşulmama
Hərəkatı çərçivəsində əməkdaşlıq məsələlərini, Qambiyanın İƏT-də
sədrliyi və ölkəmizin qarşıdan gələn sədrliyi üzrə prioritetləri
müzakirə ediblər.
Telefon danışığında həmçinin qarşılıqlı maraq doğuran regional
məsələlər nəzərdən keçirilib.

