Azərbaycan-İran əlaqələri müzakirə olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İranın xarici işlər
nazirinin müavini Vahid Cəlalzadə, nazirliyin Protokol idarəsinin
baş direktoru Əli Əkbər Nəzəri və Avrasiya idarəsinin baş direktoru
Mənuçehr Muradi ilə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, ölkəmizin Təbrizdəki
yeni baş konsulu Taleh Zöhrabov onlara təqdim edilib. Görüşdə,
həmçinin ikitərəfli əlaqələrə və qarşılıqlı maraq doğuran
məsələlərə dair fikir mübadiləsi aparılıb.

Vurğulanıb ki, Taleh Zöhrabov konsul patentini Əli Əkbər
Nəzəriyə təqdim edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir