
Bakı. Trend:
Rusiya Prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi
nümayəndəsi Stiv Uitkoff ilə görüşü başa çatıb.
Trend xəbər verir
ki, görüş beş saatdan çox davam edib.
Görüşdə Rusiya tərəfdən Putinin köməkçisi Yuri Uşakov və Xarici
Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndə,
Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyev
iştirak edib. Amerika tərəfdən isə sahibkar, investor və Affinity
Partners şirkətinin təsisçisi Jared Kuşner görüşdə təmsil
olunub.

