
Bakı. Trend:
ABŞ-nin “OpenAI” şirkəti tərəfindən hazırlanmış “ChatGPT”
çatbotunda nasazlıq baş verib və bu, bir sıra ölkələrdə müşahidə
edilib.
Trend xəbər verir
ki, məlumat “Downdetector” portalında yer alıb.
Ən çox şikayətlər ABŞ-dən daxil olub – 2300-dən çox istifadəçi
problemlərlə üzləşib. Onlardan 62%-i vebsaytla bağlı çətinlikləri,
32%-i “ChatGPT”nin işində fasilələri, 6%-i isə proqrama daxil
olmaqda çətinlikləri qeyd edib.
Bundan əlavə, 32 min insan “OpenAI”nin digər xidmətlərindən də
şikayət edib. Nasazlıq Avstraliya, Böyük Britaniya, Yaponiya və
digər ölkələrdə də qeydə alınıb.

