CRC və CEDAW Komitəsinin tövsiyələrinin icra vəziyyəti müzakirə edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

BMT-nin Uşaq Hüquqları Komitəsi (CRC) və Qadınlara qarşı
ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin (CEDAW)
tövsiyələrinin icrası məqsədilə yaradılan işçi qrupun növbəti
iclası keçirilib. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin (AQUPDK) təşkilatçılığı, aidiyyəti dövlət qurumlarının
nümayəndələrinin iştirakı ilə keçirilən iclasda Birləşmiş Millətlər
Təşkilatının CRC və CEDAW Komitələrinin Azərbaycan Respublikasının
sonuncu dövri hesabatları ilə bağlı tövsiyələrinin icra vəziyyəti
müzakirə edilib.

Trend xəbər verir
ki, çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova, son beş
ildə həm Uşaq Hüquqları Konvensiyası, həm də Qadınlara qarşı
ayrı-seçkiliyin bütün formalarının ləğvi üzrə Konvensiyanın icrası
ilə bağlı Azərbaycanın dövri hesabatlarının yüksək səviyyədə təqdim
olunduğunu deyib. O, bu hesabatlarda ölkənin müvafiq sahələrdə
fəaliyyətinin bütün istiqamətlərinin konkret rəqəmlər, yeni
mexanizmlər və qanunvericilikdə aparılan islahatlarla əhatəli
şəkildə əks etdirildiyini qeyd edib.

Komitə sədri CRC və CEDAW tövsiyələri üzrə görülən işlərin
ardıcıl və sistemli şəkildə həyata keçirildiyini bildirib. O,
Dövlət Komitəsi yanında aidiyyəti dövlət qurumlarının rəhbər və
mütəxəssislərinin təmsil olunduğu iki İşçi Qrupun yaradıldığını və
mütəmadi iclasların keçirildiyini diqqətə çatdırıb.

Sədr qeyd edib ki, qarşıda duran çətinlikləri aradan qaldırmaq
və ölkənin qoyduğu strateji hədəflərə uyğun fəaliyyət
istiqamətlərini formalaşdırmaq üçün birgə müzakirələrin aparılması
və səylərin birləşdirilməsi vacibdir.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin Uşaq məsələləri şöbəsinin müdir müavini Günel
Nağdəliyeva CRC tövsiyələrindən irəli gələn məsələlərin icra
vəziyyətinə dair təqdimatla çıxış edib. O, Komitə tövsiyələrini 13
kateqoriya üzrə təqdim edərək, ölkədə uşaq hüquqlarının müdafiəsi
sahəsində görülən tədbirləri və bir sıra prioritet istiqamətləri
vurğulayıb.

Dövlət Komitəsinin Qadın və Gender məsələləri şöbəsinin əməkdaşı
Sədaqət Rəhimova CEDAW tövsiyələri ilə bağlı təqdimatla çıxış
edərək, son 3 il ərzində müxtəlif istiqamət üzrə görülmüş işlər və
qanunvericilkdə edilmiş müsbət dəyişiklikləri diqqətə çatdırıb.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, ədliyyə
nazirinin müavini Mübariz Əhmədov, Qida Təhlükəsizliyi Agentliyinin
sədr müavini Zəkiyyə Mustafayeva, Sosial Xidmətlər Agentliyinin
İdarə Heyətinin sədri Vüqar Behbudov və digər müvafiq dövlət
qurumlarının məsul nümayəndələri çıxış edərək, qanunvericilik,
strategiya, əlaqələndirmə, uşaq ədliyyəsi, təhsil, sağlamlıq və
səhiyyə xidmətləri, valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş uşaqların sosial müdafiəsi, uşaqların ekoloji
sağlamlığı və digər məsələlərlə bağlı fikirlərini
səsləndiriblər.

İclas zamanı hər iki komitənin tövsiyələrində əksini tapmış
prioritet istiqamətlər, aparılmış islahatlar, müvafiq dövlət
qurumları tərəfindən görülmüş işlər, həmçinin mövcud çətinliklər və
gələcək addımlar ətrafında fikir mübadiləsi aparılıb, uşaq və qadın
hüquqlarının müdafiəsi istiqamətində milli qanunvericiliyin
təkmilləşdirilməsi ilə bağlı müzakirələr edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir