
Bakı. Trend:
Serbiyanın yanvarın sonunadək benzin, kerosin və dizel daxil
olmaqla bütün yanacaq ehtiyatı mövcuddur, lakin NIS neft emalı
zavodunun fəaliyyətinin dayandırılmasından sonra vətəndaşlar digər
yanacaqdoldurma məntəqələrindən istifadə etməli olacaqlar.
Trend xəbər verir
ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.
Dövlət başçısının sözlərinə görə, ölkədə neft məhsullarının
dövriyyəsinin təxminən 47 faizi NIS yanacaqdoldurma məntəqələrinin
payına düşürdü.
“Bizim yanacaqla bağlı əsas problemimiz logistika sahəsindədir.
Çətinliklər həddindən artıq çoxdur”, – Vuçiç bildirib.

