Bakının bu ərazisində işıq olmayacaq

Baş səhifə

Bakı. Trend:

Bakının Biləcəri ETSİ-nə daxil olan bu ərazilərdə elektrik
enerjisinin verilişində fasilə yaranacaq.

Trend xəbər verir
ki, bu barədə Azərişıq ASC məlumat yayıb.

Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi
(RETSİ) ərazisində 3 dekabr tarixində 6 kV-luq “Binəqədi-1” və
“Binəqədi-2” hava xətlərində təmir-təftiş və naqillərin yenilənməsi
işləri aparılacaq.




Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Binəqədi kəndi
ətrafında yerləşən yeni yaşayış massivləri, 1-ci, 2-ci mədən
adlanan yaşayış ərazilərində elektrik enerjisinin verilişində
məhdudiyyət yaranacaq.

“Təmir-təftiş və yenidənqurma işləri başa çatdıqdan sonra
sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin
olunacaq”, – məlumatda qeyd olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir