
Bakı. Trend:
Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları 53 yaşlı İlqar
Əliyevi dələduzluqda şübhəli şəxs qismində saxlayıblar.
Trend xəbər verir
ki, araşdırmalar nəticəsində onun müxtəlif şəxslərə dövlət
qurumlarında və özəl sektorda işə düzəltmə vədi verərək ümumilikdə
29 min manat aldığını, lakin vədlərini yerinə yetirməyərək pul
vəsaitini mənimsədiyini müəyyən etmək olub.
Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir. Əgər
İlqar Əliyevin oxşar əməllərindən zərər çəkən başqa şəxslər varsa,
polisə müraciət etmələri xahiş olunur.

