Azərbaycan neftinin qiyməti 66 dolları ötüb

Baş səhifə

Bakı. Trend:

İtaliyanın Auqusta limanında Azərbaycanın “Azeri Light” markalı
neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə
dəyişməyərək 66,22 dollar təşkil edib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri
Light” markalı neftin bir barelinin qiyməti 0,02 dollar və ya 0,03%
bahalaşaraq 64,21 dollar təşkil edib.




“URALS” markalı xam neftin qiyməti əvvəlki göstərici ilə
müqayisədə 0,52 dollar və ya 1,23% azalaraq, 41,58 dollar/barelə
bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir
barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,04 dollar və
ya 0,06% azalaraq 64,18 dollar/barel təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin
orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir