
Qaradağ rayonunda avtomobil yanıb.
Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb:
Qaradağ rayonunda “DongFeng” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın yerinin təhqiqatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

