Zəngilan şəhərinin su-kanalizasiya infrastrukturu qurulacaq – 6,3 milyon manatlıq LAYİHƏ

Baş səhifə

Bakı. Trend:

Zəngilan şəhərlərinin su-kanalizasiya infrastrukturunun
qurulması üzrə işlərə başlanılır.

Trend-in
dövlət satınalmalarının vahid internet portalına istinadən
məlumatına görə, görüləcək işlər çərçivəsində şəhərin magistral su
xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının
tikintisinin layihə-smeta sənədlərinin hazırlanması və tikintinin
həyata keçirilməsi çərçivəsində layihənin texniki şərtlərinin
təsdiqi, qəbul-təhvil prosedurları aparılacaq.

Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin
tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla
bağlı müvafiq işləri yekunlaşdırıb.




Qurum sözügedən işlərin icrasını “Körpü-Bina-Tikinti” Məhdud
Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə
bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 6,314 milyon manat ödənilib.

Qeyd edək ki, işlərin həvalə olunduğu MMC 2007-ci ildə dövlət
qeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 000 manat olan şirkətin
qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir