KİV: Uitkoff və Kuşnerin Putinlə danışıqları nəticəsiz qalıb

Baş səhifə

Rusiya Prezidenti Vladimir Putinin Uitkoff və Kuşnerlə 5 saat davam edən görüşü nəticəsiz olub.

APA xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.

Nəşrin yazdığına görə, danışıqların gedişindən xəbərdar olan mənbələr bildirib ki, görüş heç bir nəticə verməyib və tərəflər konkret qərara gələ bilməyiblər.

Bununla belə, Putin söhbət zamanı “Avropa tərəfinin destruktiv fəaliyyətlərini” vurğulayıb.

“Politico” qeyd edir ki, bu ifadə Kreml rəhbərinin mümkün sülh sazişinə nail olunmadıqda məsuliyyəti Avropa İttifaqının üzərinə atmağa çalışdığını göstərir. Qeyd olunur ki, Aİ nümayəndələri həmin görüşdə iştirak etməyiblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir