Mərkəzi Bank tərəfindən yoxlama proseslərinin avtomatlaşdırılması həyata keçirilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən nəzarət proseslərinin
təkmilləşdirilməsi məqsədilə “SupTech” (nəzarət texnologiyaları)
həllərinin tətbiqinə əsaslanan “Nəzarət yoxlamalarının idarə
edilməsi” layihəsi uğurla həyata keçirilib.

Bu barədə Trend AMB-yə istinadən xəbər verir.




Bildirilib ki, “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf
Strategiyası” çərçivəsində həyata keçirilmiş bu layihənin məqsədi
nəzarət yoxlamalarının idarə edilməsi üçün xüsusi bir platforma
tətbiq edərək yoxlamaların planlaşdırılmasını, aparılmasını və
nəticələrinin izlənilməsini tam avtomatlaşdırmaq, məlumatları vahid
bazada toplamaq və risk əsaslı nəzarət metodunu effektiv şəkildə
həyata keçirmək olub. Görülən işlər çərçivəsində maliyyə
institutlarına nəzarəti həyata keçirən Mərkəzi Bankın aidiyyəti
departamentləri öz yoxlama funksiyalarının effektiv icrası üçün
müvafiq proqram təminatı ilə təmin edilib.

“Yoxlamaların bu proqram təminatı vasitəsilə aparılması
proseslərin risk əsaslı prioritetləşdirilməsinə, yoxlama
planlarının daha effektiv tərtib edilməsinə və maliyyə
institutlarına verilmiş göstərişlərin icra vəziyyətinin operativ
izlənilməsinə imkan verib. Eyni zamanda, avtomatlaşdırma
çərçivəsində yoxlama prosedurlarının standartlaşdırılması, yoxlama
hesabatlarının öncədən müəyyən edilmiş formalara uyğun olaraq daha
qısa müddət ərzində tərtib edilməsi və bütün məlumatların vahid
elektron məlumat bazasında saxlanılması mümkün olub”, – məlumatda
qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir