
Bu ilin noyabr ayında Avropada təbii qazın orta qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 10,42 ABŞ dolları təşkil edib, bu da öncəki ayın göstəricisi (10,89 dollar) ilə müqayisədə 4,3% azdır.
Bu barədə “APA-Economics” Dünya Bankının əmtəə qiymətləri üzrə aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, bu ilin birinci rübündə Avropada təbii qazın orta qiyməti 14,41 dollar, ikinci rübündə – 11,87 dollar, üçüncü rübündə isə 11,29 ABŞ dolları təşkil edib.
Bank xatırladır ki, 2024-cü ildə Avropada qazın orta qiyməti 10,96 dollar səviyyəsində olub, bu da 2023-cü ilin göstəricisi (13,11 dollar) ilə müqayisədə 16,4% azdır.
Məlumata görə, cari ilin noyabr ayında ABŞ-da təbii qazın 1 mln. BTU-ya görə orta qiyməti 3,79 ABŞ dollarına bərabər olub, bu da öncəki ayın göstəricisi (3,2 dollar) ilə müqayisədə 18,4% çoxdur.
Bildirilir ki, bu ilin birinci rübündə ABŞ-da təbii qazən orta qiyməti 4,15 dollar, ikinci rübündə – 3,18 dollar, üçüncü rübündə isə 3,03 dollar təşkil edib.
Qeyd olunur ki, ötən il ABŞ-da qazın orta qiyməti 2,19 dollar təşkil edib, bu da öncəki ilin göstəricisi (2,54 dollar) ilə müqayisədə 13,8% azdır.

