Elmdə “xüsusi təyinatlılar” yetişdirməklə elmin Şuşasını fəth etməyə nail ola bilərik – Zahid Oruc

Baş səhifə

Bakı. Trend:

Elmdə “xüsusi təyinatlılar” yetişdirməklə elmin Şuşasını fəth
etməyə nail ola bilərik.

Trend xəbər verir ki, bunu bu
gün Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı
ilə bağlı “Sosial-siyasi elmlər, müasir çağırışlar fonunda: Beyin
mərkəzləri, akademik elm və universitetlər” mövzusunda keçirilən
dəyirmi masada Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri
Zahid Oruc çıxışında bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin çıxışı qələbəmizin
təkcə hərbi deyil, həm də intellektual müstəvidə qazanıldığının
sübutu idi:

“Elm və texnologiya milli inkişafın aparıcı qüvvəsidir. Lakin
AMEA adı xarici təsirin simvoluna çevrilmiş, büdcə vəsaitlərinin
mənimsənilməsi və idarəetmədə səmərəsizlik kimi problemlərlə
gündəmə gəlmişdi. Hakimiyyətdə islahatlar dərinləşdikcə, elmdə də
şəffaflaşma və təmizlənmə prosesi sürətlənəcək, bu da
suverenliyimizi daha da möhkəmləndirəcək.

Mövcud dünya düzəninin təməl prinsiplərinin dəyişməsi və yeni
sistemin hələ tam formalaşmaması sosial-siyasi elmlər qarşısında
ciddi çağırışlar yaradır. Son onilliklər ərzində dövlət elmin
inkişafı üçün bir sıra strategiyalar qəbul edib və bu sahədə
sistemli yanaşma formalaşdırıb”.

O qeyd edib ki, Sosial Tədqiqatlar Mərkəzinin apardığı
araşdırmalar ölkədə beyin köçünün 39,7 faiz olduğunu göstərir. Bu
isə elmi potensialın qorunmasını strateji prioritetə çevirir.

“Əsas yanaşma orta məktəblərdən – kompüter və informasiya
texnologiyalarının inkişafından başlanmalıdır. Elmi tədqiqat
proqramlarının yalnız mərkəzdə cəmlənməsi və bölgələr üzrə bərabər
paylanmaması başlıca problemlərdən biridir.

Azərbaycan dövləti İsrailin müasir raket texnologiyalarından
yalnız hərbi sahədə deyil, həm də elmi bilik və innovasiya
modelindən faydalana bilər. Elmdə “xüsusi təyinatlılar”
yetişdirməklə elmin Şuşasını fəth etməyə nail ola bilərik”, –
deputat əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir