
Dünən HAMAS tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verilən qalıqlar israilli girova məxsus deyil.
APA xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahnun ofisi məlumat yayıb.
Qeyd edək ki, hazırda HAMAS-ın əlində iki girov meyiti qalıb.
İsrail və HAMAS arasında əldə olunan atəşkəs razılaşmasına əsasən, İsrail azad olunan hər bir girov meyiti müqabilində 15 fələstinli meyitini Qəzzaya təhvil verməyi öhdəsinə götürüb.

