
“Real Madrid“də Xabi Alonso istefaya göndəriləcəyi təqdirdə Zinəddin Zidan baş məşqçi təyin edilən bilər.
Metbuat.az xəbər verir ki, “Real”dakı bəzi dairələr Zidanın namizədliyini dəstəkləyir. Qeyd edək ki, bundan əvvəl “Real”da bir sıra uğurlara imza atan Zinəddin Zidanın Franda millisində işləyə biləcəyi barədə xəbərlər dərc edilmişdi.
“Real Madrid”in direktorlar şurası klubdakı böhranı müzakirə etmək üçün iclas çağırıb. Toplantının müzakirə mövzusu baş məşqçi Xabi Alonsonun komandadakı gələcəyi ilə bağlıdır. Məlumata görə, klubdakı bəzi ulduz futbolçular Alonsonun futbol fəlsəfəsini bəyənmir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

