
Bakı. Trend:
ABŞ-də hökumətin qanunsuz miqrantlarla mübarizəni sərtləşdirməsi
fonunda, Ağ Ev rəhbəri Donald Tramp Miçiqanda sənədsiz yaşayan
Somalidən olan mühacirləri vətənlərinə geri dönməyə çağırıb.
Trend bu barədə
xarici KİVə istinadən xəbər verir.
“Mən onları ölkəmizdə görmək istəmirəm. Sizə tam səmimi deyirəm,
yaxşı? Kimsə deyəcək ki, “bəyanat siyasi cəhətdən düzgün deyil”.
Mənə fərq eetmir. Mən onları ölkəmizdə görmək istəmirəm”,- Tramp
çərşənbə axşamı Nazirlər Kabinetinin iclasında deyib.
KİV yazır ki, Tramp administrasiyası Miçiqan ştatının “İki
Şəhər” adlandırılan Minneapolis və Sent-Pol bölgəsində sənədsiz
yaşayan somalili miqrantları hədəfə almaq üçün Miqrasiya və Gömrük
Mühafizəsi Xidmətinə (ICE) göstəriş verib.
Tramp Somali əsilli miqrantları ölkədə görmək istəmədiyini,
çünki onları “ABŞ-a demək olar ki, heç bir töhfə vermədiklərini”
bildirib və onları vətənlərinə geri dönməyə səsləyib.

