Alqış Musayevdən Bəxtiyar Sadıqova sərt İTTİHAM 

Baş səhifə

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev Milli Məclisin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin rəhbərliyini saxtakarlıqda ittiham edib.

Modern.az xəbər verir ki, A.Musayev sosial şəbəkədəki paylaşımında iddia edib ki, “Azərbaycan” qəzetinin redaksiyası Ümummilli lider Heydər Əliyevin fotosunu dəyişdirib.

Onun sözlərinə görə, bu gün çap olunan “Azərbaycan” qəzetinin 10 000-ci sayında dərc edilən foto orijinal deyil a uyğun deyil:

“Bu gün “Azərbaycan” qəzetinin 10000-ci sayı çap olunub. Həmkarlarımızı təbrik edirik. 
Təəssüf ki, “Azərbaycan” qəzetinin dərc etdiyi foto gerçək deyil. Ulu öndərimizin “Yeni Azərbaycan” qəzetini oxuyarkən çəkilən fotosu dəyişdirilib.

Bu barədə dəfələrlə deyilib, yazılıb. Amma bu saxtakarlıq dönə-dönə tirajlanır. Fotoda da hər şey aydın görünür .

Azərbaycan dövlətinin saxtakarlara və vətən xainlərinə müharbə elan etdiyi bir ərəfədə belə saxtakarlıq etmək nəyə xidmət edir? Hər bir foto faktdır. Fotonu dəyişmək faktı dəyişdirmək deməkdir.

Faktı təhrif etmək, dəyişmək isə hüquqqi məsuliyyət məsələsidir. Belə işlərlə yalnız dələduzlar məşğul ola bilər””.

A.Musayev “niyə məhkəməyə verib müəlliflik hüququnuzu tanıtmırsınız” sualına “onu da edərik” deyə cavam verib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir