Azərbaycan Mərkəzi Bankı vəzifəli şəxsləri cərimələdi

Baş səhifə

Azərbaycan Mərkəzi Bankı (AMB) “İnternational” ASC və “M Bulak” MMC bank olmayan kredit təşkilatlarının (BOKT) vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib.

Metbuat.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb

Məlumata görə, aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanıb. Nəticədə İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən “İnternational”ın vəzifəli şəxsi 10 min manat, 598.1.2-ci maddəsinə əsasənisə “M Bulak”ın vəzifəli şəxsi 2 min manat cərimələnib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir