
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ərazi məsələləri və dondurulmuş Rusiya aktivlərinin istifadəsi müharibəyə son qoymaq üçün ən çətin addımlardır.
Modern.az-ın məlumatına görə, Zelenski Telegram-da yazıb:
“Müharibəyə son qoymaq üçün asan həllər olmayacaq. Nə baş verdiyini başa düşürük. Kiminlə məşğul olduğumuzu bilirik. Problem qərar qəbul etməyin çətinliyində deyil. Mən onları qəbul etməyə qadirəm.
Hər şeyin ədalətli və açıq olması vacibdir. Ukraynanın arxasında oyunlar oynanmasın. Ukraynasız gələcəyimizlə bağlı heç bir qərar qəbul edilməsin. Ən həssas məsələlər və ən mürəkkəb məsələlər ərazilər və dondurulmuş aktivlərlə bağlıdır”.
“Biz ABŞ və Avropadan, eləcə də bəzi digər liderlərdən güclü təhlükəsizlik zəmanətlərinə ümid edirik. Bu, “könüllülər koalisiyasının” mövzularından biridir. Biz bunun üzərində işləyirik.
Düşünürəm ki, bu üç mövzu ən həssas və vacib mövzulardır. Komandalarımız onların üzərində işləməyə davam edəcək”, – deyə Ukrayna lideri əlavə edib.

