MİDA-nın mənzilləri 1 dəqiqəyə satıldı – Yenə texniki problemlər yarandı

Baş səhifə

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) növbəti güzəştli mənzil satışını həyata keçirib.

Modern.az xəbər verir ki, satış Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt Yaşayış Kompleksi, Lənkəran Yaşayış Kompleksi, Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksindəki mənzillər üzrə baş tutub.

Prosesdə ümumilikdə 627 mənzilin satışı nəzərdə tutulub.

Texnobloqer Fərid Pərdəşünas satışların 1 dəqiqəyə başa çatdığını yazıb. O bildirib ki, bir çox istifadəçilər satış zamanı texniki problemlərin yarandığını qeyd ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir