Naxçıvanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi
İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı
narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən
sürücü saxlanılıb.

Trend-in məlumatına görə,
Naxçıvan şəhəri ərazisində hərəkətdə olan “Kia” markalı avtomobilin
sürücüsünə qayda pozuntusuna yol verdiyi üçün saxla işarəsi
verilib.




Belə ki, həmin nəqliyyat vasitəsini idarə edən Məhəmməd
Əhmədovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan
tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinə zamanı
M.Əhmədovun narkotik vasitə qəbul etməsi müəyyən olunub.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar
Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib
edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir