Bu məmurlar xeyir-şər məclislərində fəaldır –

Baş səhifə

Azərbaycanda məmurlar arasında ictimaiyyətə bəlli olmayan həmrəylik mövcuddur. Eyni komandada təmsil olunan yüksək rütbəli məmurlar bir-birilərinin xeyir-şər məclislərində yaxından iştirak edirlər.

Metbuat.az bununla bağlı maraqlı məlumat əldə edib. İqtidar təmsilçilərindən biri deyib ki, xeyirə-şərə ən çox yarayan məmur Maliyyə naziri Sahil Babayevdir. 45 yaşlı naziri təkcə hakimiyyət təmsilçilərinin deyil, qohumlarının, dostlarının, tələbə yoldaşlarinin, keçmiş iş yoldaşlarının məclislərində tez-tez görmək mümkündür.

Fotoda: Maliyyə naziri Sahil Babayev

Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov, Suraxanı və Abşeronun icra başçıları Adil Əliyev və Abdin Fərzəliyev də xeyirə-şərə yarayan məmur kimi tanınırlar. Adil Əliyevi və Abdin Fərzəliyevi hər gün “Təzə Pir” məscidində görmək mümkündür.

Fotoda: Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov


Məlumatlı şəxs deyib ki, Baş nazirin sabiq müavini Əli Həsənov və “Azərsu”nun keçmiş rəhbəri Qorxmaz Hüseynov da əzizlərini itirən məmurlara bassagliğı vermək üçün tez-tez yollarını “Təzə Pir” ve “Heydər” məscidlərindən salırlar. Onlar keçmiş iş yoldaşları ilə münasibəti davam etdirirlər.

Fotoda: Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov

Mənbənin sözlərinə görə, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovu və keçmiş baş prokuror Zakir Qaralovu nadir hallarda insanların arasında gormək mümkündür. Onlar nəinki xeyir-şər məclislərində iştirak etmir, hətta ictimaiyyət qarşısına da çıxmırlar.

Zaur Əliyev / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir