
Bakı. Trend:
Yelo Bank qadın sahibkarların inkişafına və bilik mübadiləsinə
xüsusi önəm verir, bu məqsədlə müxtəlif təşəbbüslərə dəstək
göstərir. Bu dəfə Bank, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı
Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə növbəti “Tea Talk”
görüşünə evsahibliyi etdi. Təhsil sahəsində fəaliyyət göstərən
qadın sahibkarların bir araya gəldiyi tədbir səmimi mühitdə təcrübə
paylaşımı və peşəkar əlaqələrin qurulması üçün dəyərli imkan
yaratdı.
Görüşün əvvəlində Yelo Bank qadın sahibkarlara özəl kredit
məhsulu və digər bank xidmətləri barədə qısa məlumat təqdim etdi.
Tədbirdə təlimçi Saday Əlverdiyev uzunillik təcrübəsinə əsaslanaraq
təhsil sahəsində biznes idarəçiliyinin incəliklərini, real
nümunələri və effektiv idarəetmə yanaşmalarını iştirakçılarla
bölüşdü.
Müzakirələr zamanı təhsil sektorunda mövcud çağırışlar, inkişaf
imkanları və əməkdaşlıq perspektivləri dəyərləndirildi.
İştirakçılar qarşılıqlı fikir mübadiləsi apararaq həm yeni
ideyalarla tanış oldular, həm də təcrübələrini paylaşdılar.
Yelo Bank üçün bu görüşlər qadın sahibkarların dəstəklənməsi və
yeni əlaqələrin qurulması baxımından önəmlidir. Bank yaxın zamanda
onların biznes fəaliyyətini gücləndirmək üçün xüsusi güzəştli
şərtlərlə mikro kredit təqdim edib. Bu məhsul qadın sahibkarlara
daha rahat maliyyə dəstəyi almaq imkanı yaradır. Kredit haqqında
ətraflı məlumat: https://bit.ly/4LqL1N.
Kicik biznes
krediti ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və
ya Facebook,
Instagram ,
Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!

