Ərdoğan Makronla Cənubi Qafqazı müzakirə edib

Baş səhifə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa Prezidenti Emanuel Makron arasında telefon danışığı olub.

APA-nın Türkiyə bürosu xəbər verir ki, Türkiyə–Fransa münasibətləri, Ukrayna–Rusiya müharibəsi və regional məsələlər müzakirə edilib.

Ərdoğan iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb və Türkiyənin müharibənin ədalətli, davamlı sülhlə başa çatması üçün səylər göstərdiyini qeyd edib. İstanbul prosesinin canlandırılması üçün təmasların davam etdiyi bildirilib.

Türkiyə lideri diplomatiyanın sülh üçün əsas vasitə olduğunu, Türkiyənin atəşkəs və sonrakı mərhələlərdə dəstəyini artıracağını ifadə edib. Görüşdə həmçinin Cənubi Qafqaz, Qəzza və Suriyadakı vəziyyət nəzərdən keçirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir